3 yaşlı Amirlə bağlı hər kəsin gözlədiyi xəbər gəldi – VİDEObackend

3 yaşlı Amirlə bağlı hər kəsin gözlədiyi xəbər gəldi – VİDEO

“Bizimləsən”də yığılan 3 milyon 672 min manata alınan iynə balaca Amirə vurulub. 

Hokm.az xəbər verir ki, ATV-də yayımlanan “Bizimləsən” proqramına yardım üçün gələn Amirə nəhayət lazım olan bahalı iynə vurulub.

“Bizimləsən” proqramının son buraxılışında “Skayp” vasitəsilə canlı bağlantı yaradılaraq milyonlarla tamaşaçının gözü qarşısında bahalı, amma vacib iynə vurulub.

Ailəsi ilə birlikdə Amerika Birləşmiş Ştatlarında “Boston Uşaq klinikasına” yerləşdirilən Amirin müalicəsi davam edir.

Qeyd edək ki, yardım aksiyasında Azərbaycan xalqı 3 milyon 672 min AZN toplayaraq mümkünsüzü bacarmışdı.

  •  (1)
  •  (0)