28 yaşlı oğlan parkda gənc qıza təcavüz etdi – Gecə saat 2-də…backend

28 yaşlı oğlan parkda gənc qıza təcavüz etdi – Gecə saat 2-də…

Qızı “Səni öldürsəm heç kim bilməz, qışqırsan da eşitməyəcəklər”, – deyə təhdid edib.

İstanbulda 18 yaşlı qıza təcavüz olunub.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə günü gənc qız gecə saat 02:00 radələrində Taksimdə gecə klublarının birində əylənirmiş. Spirtli içkinin təsirindən özünü pis hiss edən qız oranı tərk edərək yaxınlıqda parka gəlib. Bu zaman Burak B. adlı şəxs ona yaxınlşaraq siqaret təklif edib. Daha sonra 28 yaşlı həmin şəxs qızı qolundan tutaraq onu zorla yaxınlıqdakı otluq əraziyə aparıb və orada ona təcavüz edib.

Şübhəli şəxs gənc qızı “Səni öldürsəm heç kim bilməz, qışqırsan da eşitməyəcəklər”, – deyə təhdid edib.

Məlumata görə, 18 yaşlı qız ətrafdakıların köməyi ilə xilas olub. Əraziyə polis əməkdaşları cəlb olunub.

Hadisəni törətməkdə təqsirləndirilən Burak B. ilkin ifadəsində məlumatı inkar edib və qıza təcavüz etmədiyini, bunun qarşı tərəfin razılığı ilə baş verdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Hokm.az

  •  (0)
  •  (0)