28 May – Müstəqillik Günü, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü oldubackend

28 May – Müstəqillik Günü, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü oldu

Milli Məclisin iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub.

Hokm.az-ın məlumatına əsasən, sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

“Müstəqillik haqqında” qanun layihəsinə əsasən, mayın 28-nin Müstəqillik Günü, оktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü kimi adlandırılacaq.

Həmin günlər hər il bayram kimi qeyd ediləcək. Hazırda 28 may Respublika Günü kimi qeyd olunur və həmin gün qeyri-iş günüdür.

18 oktyabr isə Milli Müstəqillik Günüdür və iş günüdür.

  •  (0)
  •  (0)