26 yaşlı oğlan anası üçün yardım istəyir – FOTObackend

26 yaşlı oğlan anası üçün yardım istəyir – FOTO

Birinci Qarabağ müharibəsi şəhidinin ailəsinin köməyə ehtiyacı var.

Bu barədə oxu.az-a şəhidin oğlu Yadigar Nadirov məlumat verib. 26 yaşlı şəhid övladı deyir ki, anasının vəziyyəti ağırdır:

“Neçə ildir anam Nadirova Gülnarə Əliağa qızı ağır müalicələr alır. Anam demək olar ki, sistemlə yaşayır. İnfarkt keçirib və daha sonra beyninə qan sızıb. Həkimlər əllərindən gələni etsə də, anam danışıq qabiliyyətini itirib. Müalicələrin davam etməsinə maddi gücümüz çatmadığı üçün bankdan kredit götürdük.

Lakin əlimizdən gələni etsək də, bu dəfə də böyrək çatışmazlığı yarandı. Həkimlər əməliyyatla onun sağlamlığının bərpa oluna biləcəyini deyir. Bizim isə bu müalicələri davam etdirməyə maddi imkanımız qalmayıb. Sizdən çox xahiş edirəm anama kömək edin. Atam Birinci Qarabağ müharibəsində şəhid olub. Mən isə əlimdən gələni edirəm. Aidiyyəti orqanlardan anamın sağlamlığına qovuşması üçün kömək istəyirəm”.

Aşağıda qoyulan bank hesabı vasitəsilə xanıma kömək edə bilərsiniz:

 

  •  (0)
  •  (0)