25 yaşlı şəhidimiz DƏFN OLUNDU – FOTObackend

25 yaşlı şəhidimiz DƏFN OLUNDU – FOTO

44 günlük Vətən müharibəsində itkin düşən müddətdən artıq həqiqi hərbi qulluqçu, 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviç bu gün Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Hokm.az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 5 aydan çoxdur ki, itkin sayılan R.Qulamovun nəşi Murov istiqamətində gedən axtarışlar zamanı tapılıb.

Allah rəhmət eləsin!

  •  (2)
  •  (2)