23 yaşlı xorvat futbolçu məşqdə həyatını itirdibackend

23 yaşlı xorvat futbolçu məşqdə həyatını itirdi

Xorvatiyanın “Nehaj” futbol klubunun gənc futbolçusu Marin Kaçiç dünyasını dəyişib.

Futbolçu məşqdə özünü pis hiss edib və bir neçə saniyə sonra özündən gedib. Onu huşsuz vəziyyətdə xəstəxanaya aparıblar və komaya salıblar.

Üç gün komada qalan futbolçu ötən gecə həyatını itirib.

Hələlik 23 yaşlı futbolçunun hansı səbəbdən öldüyü məlum deyil.oxu.az

  •  (0)
  •  (0)