21 mindən çox hərbçi… – Akar ŞOK DETALLARI AÇDIbackend

21 mindən çox hərbçi… – Akar ŞOK DETALLARI AÇDI

15 iyuldan etibarən FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrindən 21 min 194 nəfər xaric edilib.

Hokm.az Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar açıqlayıb.

Nazir bildirib ki, İraqın şimalındakı Qarada PKK terror təşkilatının əsir götürdüyü 13 türk vətəndaşını qətlə yetirməsi ilə göstərdiyi caniliyi, alçaqlığı hər kəs görməlidir: “Amma içimizdəki və xaricdəki bəzi qafillər, xainlər bu reallığı görməməkdə təkid edirlər. Avropa İttifaqı insan haqları deyir. Qarada şəhid edilən məsum vətəndaşlarımızın yaşamaq haqqı nə olacaq? Demokratiya həvariləri artıq ikiüzlülüyünü kənara qoymalıdır”.

  •  (0)
  •  (0)