2022-ci ildə hansı bürclər borca düşəcək? – FALbackend

2022-ci ildə hansı bürclər borca düşəcək? – FAL

2022-ci ilin bürc proqnozları arasında maraq dairəsində olan məsələlərdən biri də maddi durumdur. Pələng ilində bəzi bürclərin nümayəndələri şanslı olsalar da, bəzilərini çətin zamanlar gözləyir.
Hokm.az bu dəfə 2022-ci ildə borclu olacaq bürclərlə bağlı məlumatı təqdim edir. Belə ki;
Qoç bürcü – 2021-ci ilin sonu- 2022-ci ilin mart ayı arasındakı dövrədə maliyyə məsələləri sizi çətinliyə salsa da, kredit və vergi borclarınızla bağlı problemləriniz sonrakı dövrdə həll olacaq. Ev alqı-satqısı əməliyyatları edəcəksinizsə, diqqətli olmağınızda fayda var. Bundan əlavə, 2021-ci ilin sonundan fevral ayına qədər karyera evinizdə baş verən Merkuri retroqradı rəhbərinizlə aranızda narazılıqlar yarada bilər.

Tərəzi bürcü – Daşınmaz əmlak alırsınızsa, borc almamağa, kreditlərinizə, faizlərinizə və xərclərinizə diqqət yetirməyə çalışın. Əgər münasibətiniz və ya evliliyiniz varsa, 2022-ci ilin ortalarına və ya sonuna doğru yaşadığınız maddi problemlər sizi ayrılıq mərhələsinə gətirə bilər.

Oxatan bürcü – Pulunuzla ehtiyatlı davranmalı olduğunuzu, borc verdiyiniz halda, geri qayıtmayacağı ehtimalını nəzərə almağınız məsləhətdir. Eyni zamanda Venera retroqradı bu proses zamanı əks cinsdən gələn təhlükələrə və ya peşmanlıqlara açıq olduğunuzu vurğulayır. İş mühitiniz dəyişəcək. Yaxud uzun müddətdir gözlədiyiniz iş imkanları üçün fürsət yarana bilər.Sfera.az

  •  (2)
  •  (0)