2020-ci ildə səs salan 5 PR kampaniyasıbackend

2020-ci ildə səs salan 5 PR kampaniyası

Yola saldığımız ildə COVID-19 virusu bütün dünyada hər şirkətin, qurumun planlarını dağıtdı. Həmçinin, marketinq, PR, kommunikasiya strategiyalarını iflic etdi. Yeni reallıqlarla operativ ayaqlaşa bilən, öz siyasətini pandemiyaya uyğunlaşdırmağı bacaranlar daha az itki ilə 2020-ni başa vurur. Böhran zamanlarının əsas xilas alətlərindən biri kommunikasiyadır. Qurumlar öz hədəf auditoriyası ilə ünsiyyəti düzgün quraraq çətin dövrü ən az itki ilə ötürməyi bacarır. Bu yazıda müxtəlif PR təşkilatları və jurnallar tərəfindən yüksək qiymətləndirilən bir çox kommunikasiya fəaliyyətlərindən 5 kampaniyanı sizinlə paylaşıram:

#RateMyKFC

FC fast-food zəncirinin Britaniya və İrlandiya ofisi koronavirusunun Avropada zirvə yolunda olduğu, insanların evlərə qapandığı ərəfədə, sadiq sevənləri ilə əlaqəni kəsməmək üçün maraqlı kommunikasiya taktikası işə salıb. Aprelin 6-sı tarixində “KFC UK Ireland” öz “Twitter” hesabında izləyicilərinə müraciət edərək onlarla bir oyun oynamağı təklif etdi: “Evdə hazırladığınız KFC məhsullarını #RateMyKFC həştəqi ilə paylaşın və sizin məhsullarınıza 10 ballıq şkala ilə qiymət verək”. Yüzlərlə insan öz qızartdıqları toyuq təsvirlərini KFC-nin həştəqi ilə paylaşdı və reytinq uğrunda yarışdı. KFC-nin sosial media reytinqi zirvələrə qalxdı. Brend karantin günlərində sevənlərə ilə əlaqəni kəsmədi. Burada mükafat yox idi, oyun sadəcə marağa keçirilirdi.

 

 

“BrewDog” pivə şirkəti – əl dezinfektanı

Şotlandiyanın “BrewDog” pivə istehsalçısı əl dezinfektanları qıtlığı yaşandığı üçün zavodundakı imkanlarla əlinin altındakı spirtdən istifadə edərək minlərlə dezinfeksiya məhsulları istehsal edib və müxtəlif xidmət sahələrinə, həmçinin Şotlandiya Səhiyyə Təşkilatına bağışlayıb.

“Stayfree” – “Bu sadəcə bir dövrdür” (Its Just A Period)

“Stayfree” qadın bezi şirkəti araşdırmalardan öyrənir ki, təqribən milyonlarla qız ilk mensturasiya periodunu izolyasiyada qarşılayacaq. Adətən onlar bu dövrdə necə etməli olduqlarını məktəbdə öyrənirlər. Bu dəfə isə evdə qalacaqları üçün qızların bu periodunun problemsiz keçməsinə dəstək olmaq üçün ailələri yeniyetmə qızlarına diqqətcil və bu mövzuda səmimi, açıq olmağa dəvət edir. Hər kəsin bu dönəm barədə bilgili olmasını və evdəki yeniyetməlik dövrünə qədəm qoyan qız uşaqlarına məlumat verməli olduğu mesajını ötürməyə dəvət edir. Kampaniyanı “It is just a period” – bu sadəcə bir müddətdir (perioddur) başlığı ilə keçirir və bu barədə video rolik də hazırlayaraq efirə buraxır.

“Megabus” – “Sevgili qoruyucu”

Britaniyanın “Megabus” – şəhərlərarası avto nəqliyyat şirkəti tələbə kütləsini hədəf alan bir layihə icra edib. Uzaq məsafələrin sevgiyə əngəl olmaması üçün şirkət başqa şəhərlərdə sevililəri olan tələbələrin öz sevdikləri ilə tez-tez gösrüşə bilməsi üçün 2 nöqtə arasında pulsuz səyahət bileti təqdim edib. Tələbələr sevgilisinin yaşadığı şəhəri və öz təhsil aldığı şəhəri “Mügabus”ın saytənda qeyd edərək təhsil müddətincə oraya pulsuz biletlə gedib-gələ bilib. 8541 tələbə müraciət edib. Layihə səs küy yaradıb və bu şirkəti seçənlərin sayında xeyli artım yaşanıb. Gəlirdə isə 1 ay üçün 17.000 funt sterlinq artım olub.

“Master Card” – “Həqiqi ad”

LGBT nümayəndəsi olan şəxslərin əksəriyyətinin vəsiqə və bank kartlarındakı adları onların özlərinə qoyduqları, dəyişdirdikləri adları ilə eyni olmur. Cinslərini və adlarını dəyişən homoseksual şəxslərə kartların üzərində keçmiş kimliklərini görmək xoş deyil. Bu məqamdan istifadə edən “Master Card” “Həqiqi ad” adlı bir təşəbbüs irəli sürdü. Transgender insanlara bank kartlarında necə çağırılmaq istəyirlərlsə o adlarını istifadə etməyə imkan verdi.

Vüqar Baba

www.vugarbaba.info

  •  (0)
  •  (0)