20 metrlik şam ağacı avtomobilin üzərinə aşıb – VİDEObackend

20 metrlik şam ağacı avtomobilin üzərinə aşıb – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü külək səbəbindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsindəki ağacın avtomobilin üzərinə aşması barədə məlumat daxil olub.

Nazirlikdən Hokm.az-a verilən məlumata görə, dərhal hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, hündürlüyü təqribən 20 metr olan şam ağacı güclü küləyin təsirindən aşaraq yolun kənarında dayanan “Mercedes” markalı minik avtomobilinin üzərinə düşüb və küçədə nəqliyyatın hərəkətində məhdudiyyətin yaranmasına səbəb olub.

Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə etməklə aşmış ağacın ərazidən kənarlaşdırılması və küçədə nəqliyyatın hərəkətinin bərpasını təmin ediblər.

  •  (0)
  •  (0)