2 min il sonra tapılan mumiyanın dilindəki detal təəccübləndirir – FOTObackend

2 min il sonra tapılan mumiyanın dilindəki detal təəccübləndirir – FOTO

İsgəndəriyyə şəhərində aparılan arxeoloji qazıntılar nəticəsində eramizdan əvvələ aid mumiyalanmış cəsəd tapılıb.

Hokm.az milli.az-a istinadla bildirir ki, Misirin İsgəndəriyyə şəhərində aparılan araşdırmalar nəticəsində 2 min ildən çox yaşı olan mumiya tapılıb.

Sözügedən mumiya Taposiris Magnadakı 16 məzarlığın birindən tapılıb. Bu mumiyanı digərlərindən fərqləndirən cəhət isə onun dilinin yerində qızılın olmasıdır.

Qədim misirlilərin inancına görə ölən şəxsin dili o biri dünyada tanrıyla danışması üçün qızılla əvəzlənib.

  •  (0)
  •  (3)