2 doza “Sinovac” vurduranlar peyvənd olunmamış hesab edilirbackend

2 doza “Sinovac” vurduranlar peyvənd olunmamış hesab edilir

2 doza “Sinovac” peyvəndi vurduranlar hazırda peyvənd olunmamış hesab edilir. 

Hokm.az xəbər verir ki, bu barədə türkiyəli mütəxəssislər çağırış edib.

“Siz qorunmursunuz. Gedin təcili peyvənd olunun”, – deyə xəbərdarlıq edilib.

Bildirilib ki, insanda koronavirus əleyhinə 70-80 % immunited yaratmaq üçün 2 doza “Sinovac” peyvəndi yetərsiz qəbul olunur.

İstanbul Universiteti Tibb Fakültəsi Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya kafedrasının müdiri Prof. Dr. Haluk Eraksoyun sözlərinə görə, 2 doza “Sinovac” vaksini vurduranlar peyvənd olunduqlarına inanmamalıdır:

“İkinci peyvənddən ən azı 3 ay sonra immunitet azalmağa başlayır. Buna görə də 3-6 ay ərzində peyvənd edilməlidirlər. 3-cü doza peyvənd olunmayanlar vaksin vurdurmuş hesab edilmir, onlar qorunmurlar”.Unikal.org

  •  (0)
  •  (2)