1989-cu ildən yüksək vəzifə tutan məmur işdən çıxarıldı — FOTObackend

1989-cu ildən yüksək vəzifə tutan məmur işdən çıxarıldı — FOTO

Dövlət Sığorta Kommersiya Şirkətinin sədr müavini vəzifəsindən azad olunub.

Hokm.az  xəbər verir ki, 28.05.1989-cu ildən Dövlət Sığorta İdarəsinin sədrinin birinci müavini vəzifəsində çalışan Hacıyev Aftandil Əskər oğlu müvafiq əmrlə yaş həddi ilə əlaqədar işdən çıxarılaraq təqaüdə göndərilib.

Qeyd edək ki, Aftandil Hacıyev 15.01.1944-cu ildə Tovuz rayonunda anadan olub. O, 1967-ci ildən Mərkəzi Əmanət kassasında kontroler, 1968-ci ildən Dövlət Sığorta İdarəsinin Şəxsi Sığorta Şöbəsində inspektor vəzifəsinə təyin olunub. 28.05.1989-cu ildə Dövlət Sığorta İdarəsinin sədrinin birinci müavini vəzifəsinə təyin ediib. 3 övladı, 7 nəvəsi var

Xatıradaq ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Fərhad Adıgözəlovu Dövlət Sığorta Kommersiya Şirkətinə sədr təyin edib.(qaynarinfo.az)

  •  (0)
  •  (0)