190 manata görə pozulan karantin: Kapital bankın qarşısında görünməyən sıxlıq yaşandı – VİDEOREPORTAJbackend

190 manata görə pozulan karantin: Kapital bankın qarşısında görünməyən sıxlıq yaşandı – VİDEOREPORTAJ

Dövlət tərəfindən karantin dövründə işsizlərə verilən 190 manatın ödənişi ilə bağlı plastik kartların verilməsi bank filialları qarşısında böyük sıxlıq yaradıb. Musavat.com-un reportyoru bu gün Kapital Bankın Nizami rayonunda yerləşən “Neftçilər” filialının önündə yüzlərlə insanın toplaşdığının şahidi olub.

Qeyd edək ki, toplaşanların əksəriyyəti əlcək və tibbi maskadan da istifadə etməyərək sıxlaşıblar, aralarında nəinki 2 metr , heç 20 sm məsafə də yoxdur. Hökumətin koronavirusla bağlı tədbirlər həyata keçirdiyi, sosial təcrid elan etdiyi bu günlərdə yaşanan bu mənzərə bütün görülən işləri kölgəyə qoyacaq bir yoluxma tendensiyasının başlanğıcı ola bilər. Növbə gözləyən insanların bir qismi bu durumdan narahat olsa da, bəziləri heç nədən qorxmadıqlarını deyiblər. Bankın mühafizəçisi bir neçə dəfəf bayırda duranlara, “məsafə saxlayın” desə də, faktiki olaraq 300-400 nəfər insanın 2 metr məsafə saxlaması üçün şərait də olmayıb. Bank filialı avtomobil yolunun kənarında yerləşdiyindən, insanlar səkidə sıxlaşmağa məcbur olublar.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Nərgiz Liftiyeva,
Rafət Şahbazov

  •  (0)
  •  (0)