“189 Delivery” şikayət edib, Dövlət Ximəti “Bolt” barəsində iş qaldırıbbackend

“189 Delivery” şikayət edib, Dövlət Ximəti “Bolt” barəsində iş qaldırıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Delivery Azerbaijan” MMC-nin ərizəsi əsasında “Bolt Services AZ” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Marja.az xəbər verir ki, iş “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasının tələblərinin pozulması (müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması) əlamətləri üzrə qaldırılıb.

İşə 28.06.2022-ci il tarixində baxılacaq.

“Delivery Azerbaijan” şirkəti “189 Delivery” adı altında onlayn yemək sifarişi və çatdırılması xidmətləri göstərir.

“Bolt Services AZ” MMC “Bolt”un Azərbaycandakı tərəfdaşıdır.

  •  (0)
  •  (0)