18 yaşlı qızla intim əlaqədə olan sevgilisi o anları gizli kameraya çəkdi – Görüntünü internetdə… – FOTObackend

18 yaşlı qızla intim əlaqədə olan sevgilisi o anları gizli kameraya çəkdi – Görüntünü internetdə… – FOTO

Türkiyənin Mersin əyalətində 18 yaşlı gənc qız 23 yaşlı sevgilisi H.G-dan ayrılmaq istəyəndə gizlicə çəkilən görüntüləri ilə şantaj edilib.

Hokm.az milli.az-a istinadən xəbər verir ki, keçmiş sevgilisinin ona dərman verərək intim əlaqədə olduğunu iddia edən qız hadisə ilə bağlı prokurorluğa müraciət edib.

18 yaşlı N.P. müraciətində “H.G. ilə keçən il sevgili olduq və əlaqəmiz oldu. O anları gizlicə kameraya çəkib. Ayrılmaq istədiyimdə “Əlimdə görüntülərin var” deyərək təhdid etdi. Görüntüləri mənə göndərdi. “Evimə gəlməsən görüntüləri ailənə yollayacağam, internetdə yayacağam” deyərək şantaj edib. Qorxub evinə getdim. Mənə dərman verib yatırdıqdan sonra zorladı. Bu günə qədər qorxub susdum, amma artıq susmaq istəmirəm. Təhlükəsizliyimə zəmanət yoxdur. Uzaqlaşdırma qərarı verildi, amma faydası yoxdur. Ailəsi, dostları hər gün zəng edərək, mesaj göndərərək məni təhdid edirlər” deyib.

  •  (1)
  •  (5)