“18 illik misilsiz inkişaf yolu”backend

“18 illik misilsiz inkişaf yolu”

18 il öncə, 2003-cü il 15 oktyabr tarixində İlham Heydər oğlu Əliyev xalq tərəfindən verilən səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Cənab Prezident İlham Əliyevin 18 illik hakimiyyəti dövründə Azərbaycan misilsiz inkişaf yolu keçmişdir. Xalqın sosial-iqtisadi rifahının yüksəldilməsi üçün çox böyük işlərə imza atmışdır. Ötən 18 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə artmış, 2 milyondan çox yeni iş yerləri yaradılmış, əməkhaqları, pensiyalar dəfələrlə artırılmışdır. Məhz buna görə də siyasi, iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirmişdir.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələrini layiqincə davam etdirən Cənab Prezidentimiz 18 illik Prezidentlik dövründə özünün də söylədiyi kimi ən böyük Zəfərə imza atdı və “Ata Vəsiyyətini” yerinə yetirdi.

30 il işğal altında olan Qarabağımız məhz Cənab Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət və Rəşadətli Azərbaycan Ordusunun əsgərinin qanı bahasına Şanlı 44 gün ərzində geri qaytarıldı!

Cənab Prezident İlham Əliyevin 18 illik hakimiyyəti dövründə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Bundan sonrada cənab Prezidentin rəhbərliyi ilə xalq və dövlət birliyi Azərbaycan Respublikasını daima inkişafa aparacaqdır.

Bir Azərbaycan gənci olaraq qürur duyuram ki, mənim prezidentim cənab Ali Baş Komandan İlham Əliyevdir!

Qobustan Gənclər Evinin direktoru Anar İrzaquluyev

  •  (1)
  •  (1)