16 yaşlı qızı oteldə 30 nəfər zorladı, işə Baş nazir qarışdıbackend

16 yaşlı qızı oteldə 30 nəfər zorladı, işə Baş nazir qarışdı

Yeniyetmə qızın onlarla kişi tərəfindən təcavüzə məruz qalması ölkədə rezonans doğurub.

Hokm.az milli.az-a istinadla xəbər verir ki, İsraildəki otellərin birində 16 yaşlı qız 30 kişi tərəfindən zorlanıb. Olay İsrailin Eylat şəhərində baş verib.

Times of Israel-in məlumatına görə, cinayətlə bağlı iki nəfər saxlanılıb. Saxlanılanların yaşı 20-30 arasıdır.

İsrailin Baş naziri Benyamin Netanyahu rəsmi Tvitter hesabında paylaşım edərək sözügedən hadisəni insanlığa qarşı cinayət adlandırıb.

“Bu, təkcə həmin qıza deyil, ümumiyyətlə, insanlığa qarşı cinayətdir. Söz tapa bilmirəm”, – Baş nazir Tvitter-də yazıb.

  •  (1)
  •  (1)