“150 nəfərlik toy qərarı yanlış idi” – Adil Qeybulladan etirazbackend

“150 nəfərlik toy qərarı yanlış idi” – Adil Qeybulladan etiraz

“Epidemioloji vəziyyətin stabil olmasından istifadə edərək, toyları keçirmək lazımdır. Bu baxımdan yeni qərar yaxşıdır. Çünki bu, həm də genofondun taleyi məsələsidir”.
Bunu sfera.az-a açıqlamasında tibb üzrə ekspert, professor Adil Qeybulla deyib. O bildirib ki, digər tərəfdən toyların formatı dəyişdirilməli idi:
“Hesab edirəm ki, 150 nəfər də çoxdur. 70-100 nəfər civarında insanların toplaşması yetərli olardı. İsti havalarda yaxşı olardı ki, toylar açıq havada keçirilsin. Eyni zamanda masalar arasında məsafə elə təmin edilsin ki, heç bir problem yaranmasın. Vaksin vurulsa da, COVİD pasportu olsa da, toylarda immuniteti tam formalaşmamış şəxslərin iştirakı da
mümkündür. Düzdür, bu ehtimal çox azdır. Hər halda bu istisna olunmur. Qapalı bir zalda bir nəfərin xəstə olması kifayətdir ki, xeyli insan xəstələnsin. Bütün bunlar nəzərə alınmalıdır”.

Müsahibimiz qeyd edib ki, sentyabra qədər qapalı toyların keçirilməsinin qadağan edilməsi daha yaxşı olardı: “Hər bir şadlıq evinin həyəti var. Toylar orada təşkil edilə bilər. Fikrimcə, vətəndaşlar qapalı mühitdə karantin davranışlarını mümkün qədər gözləməlidirlər, arxayın olmaq lazım deyil. Bu gün artıq “Delta” ştammı, yəni ikiqat mutasiyaya uğramış Hindistan ştammının özü də yayılmaqda davam edir. Ehtiyatlı olmalıyıq”.

  •  (0)
  •  (1)