15 yaşlı oğlan göldə boğuldu Bakıda FACİƏVİ HADİSƏbackend

15 yaşlı oğlan göldə boğuldu Bakıda FACİƏVİ HADİSƏ

Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən süni göldə bir azyaşlı batıb.

Hokm.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Nəticədə, 2006-cı il təvəllüdlü Novruzov Elşən İmdad oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  •  (0)
  •  (0)