14 saylı Vəkil Bürosu tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir təşkil edilib – FOTOLARbackend

14 saylı Vəkil Bürosu tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir təşkil edilib - FOTOLAR

Ölkəmizdə yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması daim diqqətdə saxlanılır. Belə bir şəraitdə, Vəkillər Kollegiyası tərəfindən də yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması, bilik və bacarıqlarının artırılması ilə bağlı ardıcıl tədbirlər görülür, onların hüquqlarının müdafiə edilməsinə xüsusi önəm verilir.

Görülən tədbirlərin davamı kimi 26.08.2023-cü il tarixində Bakı şəhəri 14 saylı Vəkil Bürosunun kollektivi Büronun rəhbəri Telman Qasımovun təşəbbüsü  və  təşkilatçılığı ilə  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günü münasibətilə Təhsil Nazirliyinin 11 saylı inteqrasiya təlimli internat məktəbini ziyarət ediblər.

Görüş çərçivəsində uşaqlara müxtəlif sovqatlar və hədiyyələr təqdim etmiş, 3000 AZN  dəyərində pal-paltar, həmçinin digər zəruri tələbat malları internata ianə olaraq verilmiş, uşaqlarla maraqlı gün keçirilərək, istək və arzularını öyrənib, suallarını cavablandırmışdır. Tədbir  rəqslərlə  və  Mehriban Əliyevanın  doğum  günü ilə  münasibətilə hazırlanmış tortun  kəsilməsi  ilə  davam edib.

Sonra qonaqlar uşaqların əl  işlərindən  ibarət sərgiyə baxıblar və  onlarla  birlikdə  nahar  ediblər. Məktəbin  direktoru  Gülnarə Abdullayeva uşaqlara  yaradılan  şərait və  Mehriban  Əliyevanın  məktəbə  göstərdiyi  qayğı və bu ocağı  ziyarət etməsi  barədə  məlumat verib.

Qeyd edək  ki, tədbirdə Büronun 20-dən çox vəkili iştirak edib. Bildimək istərdik ki, Təhsil Nazirliyinin 11 saylı inteqrasiya təlimli internat məktəbində xüsusi qayğıya ehtiyacı olan 3-18 yaşında uşaqlar yaşayır və təhsil alır.

  •  (2)
  •  (1)