112 ton qızılı itirmək istəməyən rus şirkət Qarabağa muzdluları yığır – Türkiyə KİVbackend

112 ton qızılı itirmək istəməyən rus şirkət Qarabağa muzdluları yığır – Türkiyə KİV

112 ton qızıl ehtiyatı olan Dağlıq Qarabağdakı qızılın 99%-nə nəzarət edən Rusiyanın “GeoProMining Gold” şirkəti bu ehtiyatları əldən verməmək üçün bölgəyə çox sayda silah və muzdlu əsgər göndərməyə başlayıb.

Hokm.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə medası xəbər verib. Bildirilib ki, sözügedən şirkət Qarabağda qızıl çıxaran ən böyük rus şirkətidir və bölgənin Azərbaycanın nəzarətinə keçməsindən sonra bu şirkət böyük itki vermiş olacaq. Buna görə də, bölgədəki qızıl ehtiyatını əldən vermək istəmirlər.

  •  (0)
  •  (0)