11 yaşlı gəlin və 12 yaşlı bəy – Valideynlər həbs edildi – FOTObackend

11 yaşlı gəlin və 12 yaşlı bəy – Valideynlər həbs edildi – FOTO

Misirin El Havamedia şəhəri yaxınlığındakı kəndlərdən birində polis 11 yaşlı gəlin və 12 yaşlı bəyin valideynlərini həbs edib.

Hokm.az milli.az-a istinadən xəbər verir ki, onlar azyaşlıların nişan mərasimini keçirməkdə ittiham olunublar. Gəlin və bəyin valideynləri qızıl aldıqları bir zərgərlik mağazasının şəkillərinin Facebook-da yerləşdirilməsindən qısa mərasimin qarşısı alınıb. Görüntülər sosial mediada yayılıb və polisin diqqətini çəkib.

Hüquq-mühafizə orqanları uşaqların valideynlərini tapıb, nişanlanmadan bir saat əvvəl onları həbs edib və araşdırmalara başlayıb. Qanuna görə, Misirdə evlənmək yalnız 18 yaşından sonra mümkündür.

  •  (0)
  •  (1)