“103” Təcili Tibbi Yardıma müraciət edənlərin 90%-ə yardım edilmirbackend

“103” Təcili Tibbi Yardıma müraciət edənlərin 90%-ə yardım edilmir

“103 Təcili Tibbi Yardım” xidmətinə gündəlik daxil olan 10 min zəngin yalnız 1 mini üzrə xidmət göstərilir. Müraciətlərin 90%-ə həkim briqadası göndərilmir.  Buna səbəb isə xidmətin yetərli maddi texniki bazaya malik olmaması və həkim çatışmazlığıdır, bunu Anews.az-a millət vəkili Rüfət Quliyev  xidmətin rəhbəri Rauf Nağıyevə istinadla bildirib. 
“103 Təcili Tibbi Yardım” xidmətinin rəhbəri Rauf Nağıyev bu qurumun avtomobil parkının 10-12 avtomobilinin iş üçün yararsız olduğunu deyir. Üstəlik xidmətdə həkim azlığı olduğundan gün ərzində daxil olan 9-10 min zəngdən yalnız 1 mini üzrə xidmət göstərilir”, – deyə millət vəkili söyləyib.
O, vəziyyəti yaxşılaşdırmaq üçün dövlət büdcəsindən xidmətə ayrılan vəsaiti artırmağı təklif edir. Millət vəkili koronavirs infeksiyasına yoluxma ilə bağlı şikayətlərlə bağlı “103 Təcili Yardım xidmət”dən  ayrı bir müraciət xidmətinin yaradılmasını  məqsədəuyğun sayır.
“Yaxın zamanda Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı bu problem mütləq nəzərə alınmalıdır. Daha bir neçə il də koronavirusla yaşamalı olacağıq, buna görə də “103 Təcili Yardım xidməti”nə koronavirus  infeksiyasına yoluxma ilə bağlı müraciətlərin ünvanını dəyişməliyik. Koronavirusdan əziyyət çəkənlər üçün ayrı müraciət nömrəsi yaradılmalıdır. Dəfələrlə olub ki, Təcili Yardıma ehtiyacı olan adamlar onlara vaxtında yardım edilmədiyi üçün dünyasını dəyişib”,deyə  millət vəkili Rüfət Quliyev vurğuladı.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından aldığımız məlumata görə, hazırda xidmətdə  139 briqada çalışır.
  •  (0)
  •  (0)