102 yaşlı qadın prezidentliyə namizəd olacaqbackend

102 yaşlı qadın prezidentliyə namizəd olacaq

Nonye Josefina Ezeanyaeçe adlı 102 yaşlı nigeriyalı qadın ölkədə 2023-ci ilin fevralında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.

Hokm.az oxu.az-a istinadən məlumat verir ki, 102 yaşlı qadın bunu Nigeriya televiziyasına müsahibəsi zamanı deyib.

Ezeanyaeçe prezident seçilərsə ölkəsilə bağlı yaxşı planlarının olduğunu bildirib. Qeyd edək ki, uzunömürlü xanım Nigeriyada “Yaşayan əfsanə” və “Afrikanın anası” kimi tanınır. O, “Nigeriyanın yaşlı vətəndaşların səsi” təşkilatının yaradıcısıdır.

  •  (0)
  •  (0)