100 təyyarə mühəndisi Kiyevdən Türkiyəyə gedibbackend

100 təyyarə mühəndisi Kiyevdən Türkiyəyə gedib

Fevralın 24-də Rusiya Federasiyasının Ukraynada hərbi əməliyyatlara başladığı gündən bəri rusiyalıların əsas hədəflərindən biri Kiyev yaxınlığındakı Qostomeldə yerləşən “Antonov” Konstruktor Bürosu (KB) Dövlət Şirkəti idi.

Hokm.Az bildirir ki, bu KB-də dünyaca məşhur “Antonov” təyyarələri istehsal olunur.

Müharibədə Qostomeli və Kiyevi tərk etmiş təqribən 100 ukraynalı mühəndis və konstruktor Türkiyəyə üz tutublar.

“Antonov” təyyarələrinin layihələrilməsində və istehsalında çalışmış həmin mühəndislər indi Türkiyədə fəaliyyət sahələrində işləyirlər.

  •  (0)
  •  (0)