Türkiyənin ATV kanalında yayımlanan “Kara Ekmek” serialı ilə ulduzu parıldayan Anıl İlter boşanıb.
“Qafqazinfo” xəbər verir ki, aktyor 10 illik xanımı İpek İlterlə münasibətinə nöqtə qoyub.
Onlar razılaşma yolu ilə ayrılıblar və məhkəmə prosesi iki ay əvvəl Bodrumda baş tutub. Bir-birindən heç bir təzminat tələb etməyən cütlük boşanıb.
Xatırladaq ki, feysbukda tanış olan iki məşhur sima 2010-ci ildə ailə həyatı qurmuşdu. Anıl və İpekin bu nikahdan Nil adlı qızları var.



Hokm.az
















