1 il idi evlənmişdilər: boşanma səbəbləri ŞOKA SALDI – Bundan uşaq doğacam? – FOTObackend

1 il idi evlənmişdilər: boşanma səbəbləri ŞOKA SALDI – Bundan uşaq doğacam? – FOTO

İstanbulda eyni məktəbdə müəllimlik edən 1 illik evli cütlüyün boşanma iddiaları eşidənləri şoka salıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, bu dəfə ər C.Ş. arvadı T.Ş.-nı ona qarşı təhqir, şiddət və qarğış etməkdə təqsirləndirir. Şikayətçi ər “Arvadım mənə ev işləri gördürür” deyib.

Bundan uşaq …?

Təqsirləndirilən qadının davranışlarının ərini mənəvi olaraq yıxdığını deyən C.Ş.-nin vəkili: “C.Ş. dəfələrlə evdən qovulub. Son mübahisədə hər iki tərəfin ailələrinin bir yerdə olduğu məqamda arvadı C.Ş.-ya əlini uzadaraq “Bundan uşaq doğacam? Allah göstərməsin” sözləri ilə qışqırıb. Bu olaydan sonra C.Ş. arvadından ayrılmaq istədi”, – deyib.

  •  (0)
  •  (0)