“1-ci Qarabağ müharibəsində 872 nəfərin əsir və girov götürüldüyü təsdiqlənsə də, ermənilər inkar edib” – İşçi Qrupunun rəhbəribackend

“1-ci Qarabağ müharibəsində 872 nəfərin əsir və girov götürüldüyü təsdiqlənsə də, ermənilər inkar edib” – İşçi Qrupunun rəhbəri

1-ci Qarabağ müharibəsi zamanı 3890 Azərbaycan vətəndaşı itkin düşüb.

Hokm.az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O bildirib ki, şahid ifadələrinə görə, 872 nəfərin əsir və girov götürüldüyü təsdiqlənsə də, ermənilər bu faktları inkar edib: “Şahidlər deyirdilər ki, ermənilər onları aparıb, geri qaytarmayıb. Biz aidiyyəti beynəlxalq qurumlar vasitəsilə Ermənistanla əlaqə saxlasaq da, onlar bunu etiraf etmədilər”.

  •  (1)
  •  (0)