1,5 milyard “Facebook” istifadəçisinin məlumatları satışa çıxarıldıbackend

1,5 milyard “Facebook” istifadəçisinin məlumatları satışa çıxarıldı

Artıq 3 saatdan çoxdur ki, “WhatsApp”, “Facebook”, “İnstagram”, “Twitter və dünyanın digər aparıcı sosial şəbəkələrindən istifadə qeyri-mümkün olub. 

Hokm.az Unikal.org-a istinadən xəbər verir ki, “Facebook” sosial platformasından istifadə edən 1,5 milyard istifadəçinin şəxsi məlumatları “Dark Web”də satışa çıxarılıb.

Son məlumatlara görə, “Telegram” da Avropada və ABŞ-ın bəzi ştatlarında çöküb.

New York Times-in məlumatına görə, “Facebook”un şirkətdaxili əlaqələrinin çökməsi səbəbindən işçilər ofisdən ayrılmağa başlayıb. Bildirilib ki, gün ərzində işçilərin fəaliyyətində digər problemlər də yaşanıb.

Bildirilib ki, sözügedən platformaların çökməsi nəticəsində Mark Zuckerberg 6,6 milyard dollar itirərək dünya varlıları siyahısında 1 pillə geriləyib.

  •  (0)
  •  (0)