Toy hazırlıqları daim həyəcanlı anlarla dolu olur.
Hokm.az big.az-a istinadən xəbər verir ki, toy təşkil olunan restoranların birinin sahibi başına gələn gülməli hadisəni sosial şəbəkədə paylaşıb.
Belə ki, həmin qadın toya gətirilən tortu açdıqda üstündə maraqlı bir yazı görüb:
“Xahiş edirik, yazısız olsun!”.
Deyəsən, “Üzərində hansı yazı olsun?” sualını verən şirniyyatçı gəlinin cavabını səhv başa düşüb və “hərfi” mənada qəbul edib.
Xoşbəxtlikdən, restoran aşpazları problemi həll ediblər və qonaqlar yığışanadək tortu “yazısız” hala salıblar.