Tolik od püskürdü: “Ölkəmiz şəhid verir, sən isə konsert…”backend

Tolik od püskürdü: “Ölkəmiz şəhid verir, sən isə konsert…”

Türkiyədə restoranların birinin “İnstagram” səhifəsində əməkdar artist Mətanət İskəndərlinin 24-25 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulan konsertlərinin anonsu yayımlanıb.

Hokm.az big.az-a istinadən  xəbər verir ki, ölkəmizin Qarabağ torpaqlarını əsgərlərimizin qanı bahasına işğaldan azad etdiy bir dövrdə sənətçinin belə bir addım atması,sosial şəbəkə izləyicilərinin müğənnini sərt tənqid etməsinə səbəb olub.

Bundan sonra restoran tərəfindən konsertlə bağlı verilən elanlar silinib.

Məsələyə Tarix Əliyevin (Tolik) reaksiyası gecikməyib. Aparıcı-prodüser “İnstagram” səhifəsidə bunları bildirib:

“Bu nə biabırçılıqdır?! İstanbulda konsert vermək nədir, özü də 2 günlük? O, buna görə insanlara səslənərək hər kəsi konsertə dəvət edir.İsgəndərli deyəsən unudub ki, Azərbaycanın cəbhə bölgəsində müharibə gedir və hər gün şəhid xəbərləri alırıq. Türkiyədə müharibə olsaydı konsert verə bilərdiniz? Bəs hər gün “İnstagram” səhifəsində videolarla xalqa yalandan təsəlli vermək nədir? Ayıb olsun!”

Qeyd edək ki,restoran elanı silsə də, video sosial şəbəkələrdə yayıldığından onu silmək mümükün olmayıb.

  •  (0)
  •  (1)