“TV8” telekanalının sahibi, aparıcı Acun Ilıcalı keçmiş həyat yoldaşı Şeyma Subaşı sosial şəbəkədə paylaşdığı yarıçılpaq fotosu ilə gündəm olub.
Hokm.az Axşam.az-a istinadən xəbər verir ki, hazırda Dominikanda olan Şeyma İnstaqram səhifəsində sinəsini balıqqulağı ilə örtdüyü şəklini izləyiciləri ilə bölüşüb.
Onun paylaşımı izləyicilərin tənqidinə səbəb olub. Sosial şəbəkə istifadəçiləri Şeymanın yarıçılpaq fotosuna “Bir şey yazardım, amma məhkəməlik olmaq istəmirəm”, “Bunun dərdi nədir?”, “Ağlını itirib” kimi rəylər yazıblar.
Qeyd edək ki, Şeyma Subaşının hazırda Muhammed Alsaloussi adlı misirli iş adamı ilə sevgili olduğu deyilir.