Azərbaycanı “Eurovision 2021″də təmsil edəcək Samirə Əfəndinin saç və makiyajı məşhur stilist Anar Ağakişiyevə həvalə olunub.
Hokm.az axşam.az-a istinadən xəbər verir ki, Anar bu gün Rotterdama yola düşüb. O, Əfəndinin bütün vizaj işlərini özü edəcək.
Qeyd edək ki, Samirənin səhnə geyimini modelyer Rüfət İsmayıl hazırlayıb. İfaçının paltarı bir neçə gündür sosial şəbəkədə tənqid edilir.
“Eurovision 2021” mayın 18-dən 22-nə kimi keçiriləcək. Samirə “Mata Hari” mahnısı ilə ölkəmizi təmsil edəcək.