Amerikalı aktyor Nikolas Keyc beşinci dəfə evlənib.
Bu barədə “Daily Star” xəbər verib.
Bildirilir ki, toy mərasimi Las-Veqasda baş tutub. Aktyorun yeni həyat yoldaşı 26 yaşlı Riko Şibatu onun böyük oğlundan dörd yaş kiçikdir.
Aktyor həyat yoldaşına sevdiyi qara rəngdə brilyant üzük hədiyyə edib.
Qeyd edək ki, 2019-cu ilin iyul ayında Keyc yalnız dörd gün evli olduğu dördüncü həyat yoldaşı, vizajist Erika Koyke ilə boşanıb. Aktyorun sözlərinə görə, bu nikahı bağlayan zaman onlar bərk sərxoş olublar və nə etdiklərini anlamayıblar./Oxu.az