Getmək dəb halını alıb. Yazıq kişiləri getməklə qorxuzurlar. Kişilərə yazığım gəlir. Qadınlar kişiləri hədələyir ki, bunu etmə çıxıb gedərəm. Kişi deməlidir ki, getmək istəyirsənsə get, arxanca da qara daş. Sevgi varsa, qadın getməyəcək. Getsə də, qayıdıb gələcək.
Hokm.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Mənzurə Musayeva “Bişmiş” proqramında deyib. Sənətçi qadın-kişi münasibətindən danışıb:
“Sevgi yaralı yerimdir. Heç yarımadım. İstəyən çoxdur, amma bəyəndiyim yoxdur. Əsas odur ki, bəyənim. İllərlə məni çox adam yoldan çıxarmaq istəyib, amma alınmayıb”.