ARB kanalında yayımlanan “Səhər-səhər” verilişində kimliyini gizlədən şəxs müğənni Dana Durdana haqqında danışıb.
Hokm.az xəbər verir ki, həmin şəxs müğənni Dana Durdana haqqında bir çox faktları açıqlayıb:
” Dana xanımla 5-6 il əvvəl birlikdə çalışmışıq. O zaman şəhərdəki şadlıq evlərinin birində çaşlışırdım . Dana xanım da həmin məkanda müğənni kimi fəaliyyət göstərirdi. Dana xanımı ilk dəfə görəndə onun haqqında məndə başqa təəssürat yaranmışdı. Çünki olduqca deyib-gülən bir xanım idi. Mən düşünürdüm ki, onun yəqin heç bir dərdi-səri yoxdur.
Dana xanım olduqca əzmkar, cəfakeş bir qadındır. Onun övladı xəstə idi. Həmişə o deyirdi ki, övladımın sağlamlığı üçün , bəlkə də , bir evin pulu xərclənib. Dana xanımın özünün də ağır xəstəliyi olub. Uzun müddət xərçəngdən əziyyət çəkib. Çox acılı taleyi var. Dəfələrlə gözünü bir nöqtəyə zilləyib hönkür-hönkür ağlamağının şahidi olmuşam.”