Müğənni İbrahim Borçalı tutulduğu xəstəliyindən danışıb.
Hokm.az xəbər verir ki, aparıcı Günay Firudinqızının “Qonağım ol” layihəsində iştirak edən Borçalı oğlu Rəhimin vəfatından sonra həyat yoldaşı Zöhrə xanımın dəstəyi ilə ayağa qalxdığını bildirib. Sənətçi övladının vəfatının onun həyatında buraxdığı izdən də danışıb:
“Övladımın vəfatından sonra şəkər xəstəliyi tapdım. Dilimdə uyuşma yaranıb. Başımda nəsə var. Müayinə etdirmək istəmirəm. Deyirəm nə olacaqsa, olacaq. Bəziləri deyir ki, əsəbdən stressdəndir. Elə bil insan birdən vəhşiləşir. Birdən ağlaya bilmirəm dözürəm”.
İbrahim gənc yaşında vəfat edən oğlunun dəbdəbəli qəbrindən də danışıb. Borçalı Rəhimin məzarının onun son evi olduğu üçün belə etdirdiyini deyib.
Xatırladaq ki, İbrahim Borçalının 21 yaşlı övladı Rəhim 2020-ci ilin iyulunda, Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib.
Ətraflı videoda: