Əməkdar artist Nigar Şabanova koronavirusa yoluxub.
Hokm.az xəbər verir ki, xanəndə bu barədə şəxsi “Instagram” hesabı üzərində paylaşım edib:
“COVID məndən də yan keçmədi. Dostlar, özünüzü qoruyun. Çox ağırdır, olduqca ağırdır, insanın nəfəsi dayanır, ağrılarına dözmək də bir ayrı çətindir”.
Xatırladaq ki, bir müddət öncə N. Şabanovanın valideynləri də virusa yoluxmuşdu.metbuat.az