“İnsanları güldürmək çətinləşib. Pandemiya hər şeyi dəyişdi. İnsanların psixologiyasını pozub. Sonra da müharibə oldu. İnsanları güldürən səbəblər azalıb. Güldürənlər də bu problemi yaşatdı. Şou qurmaq çətindir. Çağırdığın qonağın özünün də həvəsi qalmayıb. Əvvəl nə idi? Toya gedirdilər, qazanırdılar. İndi toy yox, mütləq Moskvaya getməlisən. Ora da gərək səni aparan ola”.
Hokm.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov “Xəbər-ətər” proqramında deyib. Yumor ustası insanları güldürməyin çətinləşdiyini deyib.
Elməddin haqqında yayılan yalan xəbərlərdən bəhs edib:
“Qəribə hadisələr yaşanır. Oturub adıma səhifə açırlar, başlayırlar hamıdan izləyici istəməyə. Sonra ölüm xəbərim yayıldı. Bəziləri də deyir ki, Elməddin özü çıxarır ki, izləyici yığsın, gündəmə gəlsin. Mən İnstaqramda varam ki, izləyici yığım? Efir üçün edirəm? Axı gələn 20 veriliş təklifindən ikisini qəbul edirəm. Şöhrət üçün edirəm? İstəmirəm o şöhrəti, elə bir iddiam yoxdur”.