Rəqqasə Rəna Ağamuradova koronavirusa yoluxub.
Hokm.az xəbər verir ki, rəqqasə xəstəxanadan evə köçürülüb. O bu barədə big.az-a açıqlamasında bildirib:
“Bütün həkimlərə, tibb bacılarına böyük təşəkkürümü bildirirəm. Çox əziyyət çəkirlər. Allah köməkləri olsun. 8 saat bu paltarda gəzmək, xəstələrə baxmaq, həyatlarını riskə atırlar. Halal olsun. Bizə baxan tərkibə ömürlük minnətdaram. Artıq evdəyik, çox sağ olun ki, maraqlanırsınız. Sadəcə çox pisəm, hələ özümə gələ bilmirəm. Danışmaq belə çətindir. Allah köməyiniz olsun, özünüzü qoruyun. Sadəcə mənim danışmağa gücüm yoxdur. Sizdən xahiş edirəm, özünüzü qoruyun!”
Xatırladaq ki, bir neçə müddət öncə rəqqasənin atası koronavirusdan vəfat edib.