Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu qızı Nuru ad günü münasibətilə təbrik edib.
Hokm.az Axşam.az-a istinadən xəbər verir ki, musiqiçi övladını hələ də görə bilmədiyini vurğulayıb.
5 yaşlı övladı ilə fotosunu yayımlayan Hüseyn “Gözəlim Nur, 5 yaşın mübarək. Mənim ağıllı qızım. Allahdan istəyim odur ki, həyatda düzgün addım atasan. Tərbiyəli, əxlaqlı bir qız olasan. Allah bizi qovuşdursun” deyə, paylaşımında qeyd edib.
Qeyd edək ki, Hüseyn birinci xanımı İncidən bir neçə il əvvəl ayrılıb. cütlüyün iki qız övladı var. Musiqiçi qızları ilə boşandığı gündən görüşə bilmir.
H.Məhəmmədoğlu ikinci dəfə aktrisa Aysellə ailə qurub.