Aygün Kazımova: “50 yaşım oldu, məyus oluram ki…”backend

Aygün Kazımova: “50 yaşım oldu, məyus oluram ki…”

Xalq artisti Aygün Kazımova onu zirvəyə aparan yolun çətinliklərlə və ağır sınaqlarla dolu olduğunu deyib.

Hokm.az xəbər verir ki, Xalq artisti bu barədə “MTV” kanalına müsahibəsində danışıb:

“Bəlli bir yerə gəlmisənsə, tanınır və sevilirsənsə, çətinliklər olmalıdır. O yol çox çətin bir yoldur. Asanlıqla heç nə əldə etmək olmur. Öz səhvlərimə görə o qədər yıxılmışam. Çoxları düşünüb ki, mən artıq o problemdən sonra qalxmaram. Amma birdən simurq quşu kimi öz külümdən yenidən doğulmuşam. Bu xasiyyətimə görə, tez-tez məni bu quşa oxşadırlar. Səhvlərimə görə bu yerə çatmışam. Yoluma çıxan və qarşımı kəsən o insanları indi yadıma salanda əylənirəm. Həyat təcrübəsi əldə edəndən sonra anladım ki, gözəl yerlərə gəlib çıxmaq üçün qəlbinə fikir verməlisən. Niyyətin hara, mənzilin ora.

50 yaşım oldu, az yaş deyil. Sözsüz ki, məni kövrəldən anlar da olub. Özümü hərtərəfli xoşbəxt hiss edirəm, amma insan 24 saat xoşbəxt olmur ki, anlarla, dəqiqələrlə xoşbəxt olur. Təbii ki, insanam, kənardan pis xəbərlər gəlir, bəd xəbər də, kiminsə ölümü də ola bilər. Bir anlıq məyus oluram, insanın yaxınlarının yerinə özümü qoyuram, sonra həyat davam edir deyib addımlayıram”.publika.az

  •  (0)
  •  (0)