“Aramızda nə olsa da, hər şeyi danışmaqla özümüzü gözdən salmayaq” -Xatirə İslam OD PÜSKÜRDÜ -FOTObackend

“Aramızda nə olsa da, hər şeyi danışmaqla özümüzü gözdən salmayaq” -Xatirə İslam OD PÜSKÜRDÜ -FOTO

Müğənni Xatirə İslam son günlər adı gəlin-qaynana qalmaqalında hallanan əməkdar artist Mətanət İsgəndərli ilə bağlı paylaşım edib.

Hokm.az big.az-a istinadən xəbər verir ki, o əməkdar artistə dəstəyini belə ifadə edib:

“Mətanət xanımı illərdir tanıyıram.Öz ayaqları üstə dayanan zəhmetkeş qadın, balalarını tək böyüdən ana, gəlinini sevib, ona ən gözəl daş-qaşları alıb, çoxlarının arzusunda olduğu lakin edə bilmədiyi ulduzlarla dolu toy edən qaynana.

Mən buradan üzümü tuturam sosial şəbəkələrdə öz aləmində kimisə vurmağa çalışanlara.Unutmayın , insanı Allah alçaltmasın, vurmasın, bəndə heç kimdir. O pislik insanın özünə qayıdır.

Mətanət xanım gəlininə hər cür şərait yaradıb, ona gözəllik salonu açıb,bizi də dəvət etmişdi.Bir qaynana daha nə etməlidir ki?

İnanıram ki, o gəlin də öz səhvini anlayıb, Mətanət xanımdan üzr istəyəcək.Hər evdə söz-söhbət olur, onu bayıra çıxarmaq olmaz!

Bu gündən etibarən bütün sənətçi dostlarımızdan xahiş edirəm ki, aramızda nə olsa da onu ictimailəşdirməyək.Hər şeyi danışıb, özünüzü gözdən salmayın.Bu bizim sənətə yalnız başalçaqlığı gətirir.

Həddən artıq səmimilk insanı ucuz və gülünc göstərir. Hər zaman yanındayıq dəyərli sənətkar!”

Qeyd edək ki, əməkdar artist Mətanət İsgəndərli ilə gəlini Canana arasında qalmaqal yaşanıb, oğlu Kərim həyat yoldaşından ayrılıb.

Daha sonra Canana qayınanası ilə bağlı sərt sözlər paylaşıb. O, İsgəndərlini saxtakar adlandırıb.

  •  (1)
  •  (2)