“15 yaşımda atam məni nişanladı” – Səidədən etirafbackend

“15 yaşımda atam məni nişanladı” – Səidədən etiraf

“14-15 yaşımda nişanlı olmuşam. Gənc idim, çox şeyi dərk etmirdim”.

Hokm.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Səidə Dadaşova “Günün sədası” proqramında deyib. Sənətçi bildirib ki, atası, mərhum Xalq artisti Rafael Dadaşov onu gənc yaşından nişanlayıb:

“Bir şeyi gözündə ideallaşdırırsan və nakam çıxır. Bir rəfiqə tərəfindən aldadılmış olursan. Nişanlandım, atam dedi ki, 2-3 il gözləmək lazımdır. Səidənin məktəbi bitsin sonra ailə qurarlar. Qorxurdular ki, məni qaçırdarlar, deyirdilər nişan taxaq gözümüzün önündə olsun. Onda məni qaçırmaq istəyən çox adam var idi. Həmin şəxs məndən 10 yaş böyük idi. Elədiyim heç bir şeyə peşman deyiləm. Ona görə də indi xoşbəxtəm”.

  •  (0)
  •  (0)