Aparıcı Zaur Baxşəliyev Əməkdar artist Baloğlan Əşrəfovla bağlı etiraf edib.
Hokm.az xəbər verir ki, aparıcı bir vaxtlar keçirdiyi ağır günləri xatırlayıb. O bildirib ki, həmin vaxt ona müğənni yardım edib:
“2008-ci ildə burdan getdim. Türkiyəyə köçdüm və orada işə düzəlmişdim. Vəziyyətim çox çətin idi. Baloğlan Əşrəfov mənə zəng vurdu ki görüşək. Getdim qaldığı oteldə görüşdüm. Evə gələndə paltomun cibinə baxdım ki, 500 dollar var. Mənə demədən etmişdi ki, birdən lazımı olar. Heç xəbərim olmamışdı ki, cibimə o pulu necə qoyub”.Axşam.az