“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov “MTV Azərbaycan” telekanalında yayımlanan “Üzə-düz” proqramının qonağı olub. Proqramda əməkdar artist daima səsi və layihələri ilə böyük uğurlara imza atmış Zamiq Hüseynov barəsində maraqlı fikirlər səsləndirib. İmanovun fikirlərini sizlərə olduğu kimi təqdim edirik:
“Zamiq Hüseynovda səhnə mədəniyyəti, danışıq qabiliyyəti var. Onun 3 il əvvəlki Heydər Əliyev sarayında baş tutan konsertini televiziya yayımı vasitəsi ilə izlədim. Yaxşı mənada o konserti məni çox təəccübləndirdi. Oxumağı, səhnənin dekorasiyası, musiqiçiləri o qədər xoşuma gəldi ki, mən dərhal Zamiqə zəng edib ona təşəkkürümü bildirdim. Dedim Zamiq, mən elə bilirdim ki, bunlar ölüb amma Zamiq kimilər şou-biznesi dirçəldir. Yeniliklər gətirir, cəsarət tapıb retro mahnılara ikinci nəfəs verir. Möhürlü ifaları uğurla alındıra bilir!”