Müğənni Zamiq Hüseynov yay mövsümünə yeni mahnısı və klipi ilə damğa vurub.
Hokm.az xəbər verir ki, keyfiyyətli layihələrə imza atan sənətçi “Gözlərində” adlı yeni mahnı və ona çəkdirdiyi klipini rəsmi “YouTube” kanalında təqdim edib.
Bəstənin müəllif hüququ OGB-yə məxsusdur.
Emin Muradovun rejissorluğu ilə ərsəyə gələn ekran işində, Zamiq biri-birindən göz oxşayan geyimləri ilə diqqət çəkib.
Saç və vizaj üzərində isə peşəkar stilist Elnur Həsənov çalışıb.
Bundan əlavə, Z.Hüseynov retro tərzdə tanınmış fotoqraf Niko Abbasovun obyektivinin qarşısına keçib.
Pop müğənni yeni fotosessiyasını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Hokm.az