Xalq artisti Niyaməddin Musayev sağlam qalmağının sirrini açıqlayıb.
Hokm.az axşam.az-a istinadən bildirir ki, 80 yaşlı müğənni “Xəbər-ətər” proqramında bu haqda danışıb. O bildirib ki, hər gün idman edir:
“Yoqa edirəm, qaçıram, yüngül atletika ilə məşğulam. Yoqanı etmək çox çətindir. İdman zalları indi bağlıdır, açıq olanda gedirdim. Amma evdə də hərəkətlər edirəm. Bulvarda qaçıram. İdman etmək istəyənə 1 metr yer də bəsdir. İradəsi yoxdursa, yalandan yola verəcək.
Sənət adamı özünə baxmalıdır: geyiminə, davranışına, danışığına”.