Müğənni Zenfira İbrahimova “Heç vaxt heç yerdə” verilişində qonaq olub.
Hokm.az xəbər verir ki, veriliş zamanı müğənni bir sıra açıqlamalar verib. Belə ki, aparıcının ona ünvanladığı “hansı səbəb olsa Anardan boşanarsız?” sualına Zenfira belə cavab verib:
“Allah eləməsin elə bir şey olsun. Səbəbsiz yerə ayrılıq olmaz. Xəyanət etsə belə ayrılmaram. Əgər mənim sevgim ona yetməzsə gedib gizlin ailə qurarsa o zaman hə. Bir dəfə yeni ailə qurmuşduq. Saçımın rəngi biraz başqa cür rəng eləmişdim. Onun üstündə mənə bir sillə vurdu. Əsəbi adamdı. Amma ondan sonra daha bir də eyni şey təkrarlanmadı. Xanıma əl qalxmaz” big.az.